12:13 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 588,4 milyon manat təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.
Avqustun 1-nə olan vəziyyətə görə ölkə üzrə quraşdırılan yeni nəsil NKA-ların sayı 115 289 ədədə çatıb. Yeni sistemin tətbiqi hesablaşmaların şəffaflığını artırmağa, qanunsuz mal dövriyyəsinin qarşısını almağa və maliyyə nəzarətini gücləndirməyə imkan verir.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026