12:33 - 10.08.2026
10 avqust, Fineko/abc.az. Yaxın Şərqdə gərginliyin yüksək qalması və ABŞ-də faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə saxlanılacağı gözləntisi fonunda Asiyanın inkişaf etməkdə olan ölkələri öz milli valyutalarını qorumaq üçün yeni mexanizmlərə əl atırlar. Mərkəzi banklar valyuta rezervlərini xərcləmədən yerli valyutaları dəstəkləməyə çalışırlar.
Ölkələr üzrə tətbiq edilən mexanizmlər:
Hindistan: Yüksək gəlirli dollar əmanətləri vasitəsilə xaricdə yaşayan vətəndaşlarından təxminən 40 milyard dollar kapital cəlb edərək rupinin may ayındakı rekord aşağı səviyyədən bərpa olunmasını təmin edib.
Cənubi Koreya: Şirkətlərin xaricdəki dollar aktivlərini ölkəyə qaytarmasını sürətləndirərək vonun 2022-ci ildən bəri en böyük aylıq dəyər qazanmasına nail olub.
İndoneziya: Xarici fondlara təşviqlər təklif edərək son iki ayda 1,6 milyard dollarlıq istiqraz axını təmin edib.
Tayvan: Valyutanın zəiflədiyi dövrlərdə ixracatçılara dollar satmaları barədə göstəriş verib.
Milli valyutaların müqayisəli göstəriciləri:
İran münaqişəsi səbəbindən neft qiymətlərindəki ani artım Asiya ölkələrinin enerji idxalından asılılığını və valyuta bazarındakı zəifliyini ortaya çıxarıb. "Bloomberg" tərəfindən izlənilən 22 inkişaf etməkdə olan ölkə valyutası arasında İndoneziya rupisi, Hindistan rupisi və Tayland batı bu il ən pis performans göstərən ilk 5 valyuta sırasındadır.
Buna qarşı olaraq, Kolumbiya pesosu, Braziliya realı və Meksika pesosu başda olmaqla Latın Amerikası valyutaları ən çox dəyər qazananlar siyahısındadır. Yüksək faiz dərəcələri və neft ixracatçısı olmaları regionu yüksək enerjidaşıyıcı qiymətlərinin mənfi təsirlərindən qoruyub.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026