11:49 - 7.04.2020
7 aprel, Fineko/abc.az. SOCAR Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) sayını artırıb.
ABC.AZ-ın məlumatına görə, Rumıniyanın Rəqabət Şurası 6 YDM-in istifadə hüququnun bu ölkədə törəmə şirkəti olan “SOCAR Petroleum SA”ya keçməsi və “SOCAR” brendi ilə fəaliyyət göstərməsinə icazə verib. Beləliklə də Arad, Timiş və Sibiu bölgələrində yerləşən YDM-ləri bundan sonra SOCAR idarə edəcək.
Qeyd edək ki, hazırda SOCAR Rumıniyanın 21 regionu - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Hunedoara, Sibiu, Buxarest, Braşov, Satu-Mare və Craiovada YDM-ə malikdir.
8 Avqust 2026
8 Avqust 2026