Azərbaycan 100 milyon dollar kredit alacaq - Yeni layihə üçün

15:05 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri əsasında Azərbaycana 100 milyon dollar kredit ayırmaq nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının (DB) rəsmi saytında qeyd olunub.

Belə ki, sözügedən kredit DB-nin Azərbaycanda məşğulluğa dəstək layihəsi çərçivəsində ayrılacaq. Layihə ilkin mərhələdə 27 inzibati rayonda həyata keiçiriləcək. Daha sonra layihə 2021-ci ildən ölkənin başqa ərazilərini də əhatə edəcək. Layihənin icra olunacağı rayonlar əhalinin sayı və qeydiyyatdan keçən işsizlərin, özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlərin xüsusi çəkisinə görə seçilir. Layihə çərçivəsində heyvandarlıqla əlaqədar olmayan, yalnız hökumətin maliyyəsi ilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində görülən işlər dəstəklənəcək.

Qeyd edək ki, sözügedən layihə DB-nin Direktorlar Şurasının bu il martın 19-da keçiriləcəyi güman edilən iclasının gündəliyində müzakirə olunacaq.

Müəllif: Elmir Murad