AMB depozit hərracında 28 gün müddətinə 150 mln. manat cəlb edib

12:14 - 8.01.2020


8 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün  150 mln. manat cəlb edib.

“AMB yanvarın 8-də növbəti depozit hərracı keçirib və bu hərracda 150 mln. manat cəlb edib.  Hərrac zamanı tələb 678,9 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76% təşkil etmişdir”, - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 28 gün müddətinə cəlb edilib. 

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.