11:27 - 28.12.2019
28 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bir müddət əvvəl "Paster" ləqəbli Pərviz Qulizadənin saxlanılıb. İdda olunurdu ki, P. Qulizadənin saxlanılmasına səbəb onun repdə "Paşa Bank"ın adını hallandırmasıdır. “PAŞA Bank” məşhur reperin həbsi ilə bağlı məsələyə aydınlıq gətirib.
ABC.AZ bankın açıqlamasını təqdim edir: “Son günlər bəzi media yayım vasitələrində şou biznes nümayəndəsinin saxlanılması ilə bağlı xəbərlərdə “PAŞA Bank” ASC-nin adı hallandırılır. “PAŞA Bank” ASC adı hallanan şəxsin saxlanması ilə əlaqədar xəbərlərin ümumiyyətlə həqiqətə uyğun olub olmamasına dair məlumatlara malik deyil, şəxsin Bankımızla hər hansı bir bağlılığı və ya əlaqəsinin olmadığını bildirməklə, şəxsin saxlanılması ilə bağlı Bankımız tərəfindən hər hansı hüquqi tədbirlər görülmədiyini bildirmək istəyirik”.
Qeyd edək ki, reperin dekabrın 9-da YouTube kanalında yayımlanan “Gang” klipində “Götürəcəyəm ölkəni necə Paşa Bank” ifadəsi işlədilib.
Müəllif: Elmir Murad