15:37 - 16.12.2019
16 dekabr, Fineko/abc.az. Azərbaycanda 2 milyon 276 min əməkhaqqı kartı var.
ABC.AZ Mərkəzi Banka(AMB) istinadən xəbər verir ki, bu rəqəmlər 2019-cu ilin noyabrın 1-nə olan statistik rəqəmlərdir.
Hesabata əasən, bu göstərici hər ay artır. Təkcə oktyabrda əmək haqqı kartlarının sayında 64 min ədəd və ya 2,89% artım olub. İlin əvvəli ilə müqayisədə isə əməkhaqqı kartlarının sayı 223 min ədəd və ya 10,86% artıb.
Ölkə üzrə digər kartların sayı 1 milyon 719 min ədəddir. Digər kart növlərinin sayı 9-cu ayla müqayisədə 81 min və ya 4,94%, ilin əvvəli ilə müqayisədə 615 min ədəd və ya 55,7% artıb.
Müəllif: Elmir Murad