11:31 - 13.12.2019
13 dekabr, Fineko/abc.az. “Rabitəbank” ASC-də kadr dəyişikliyi baş verib. Belə ki, adıçəkilən bankın Müşahidə Şurası üzvü Kamal Mədətov vəzifəsindən ayrılıb.
Bankın Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, onun əvəzinə isə bankın Auidit Komitəsinin üzvü Rəşad Abbasov gətirilib.
Qeyd edək ki, K. Mədətov bankın müşahidə şurasına 2016-cı ildə üzv seçilmişdi.
Müəllif: Elmir Murad