15:26 - 30.10.2019
30 oktyabr, Fineko/abc.az. 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5% çox xarici vətəndaş gəlib.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin oktyabr sayı təqdim olunan hesabata əsasən xəbər verir.
Qeyd olunur ki, sentyabrda ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 % artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.