17:34 - 23.10.2019
23 oktyabr, Fineko/abc.az. Həyata keçirilmiş tədbirlər nəticəsində respublika üzrə elektrik enerjisi və sayğaclarla təmin edilmə 100% olub.
Xəbər verilir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi zərfində deyilir.
2018-ci ildə “Azərişıq” ASC tərəfindən istehlakçılara 16 milyard 954 milyon kilovat/saat elektrik enerjisi satılıb ki, onun da 6 milyard 683 milyon kilovat/saat (ümumi istehlakçıların 39,4 faizini təşkil edib) əhali qrupuna aiddir.
Büdcə zərfinə görə, bu ilin birinci yarısında 8 milyard 559,8 milyon kilovat/saat elektrik enerjisi satılıb, onun da 3 milyard 478,7 milyon kilovat/saatı (40,6 faizi) əhali qrupunun payına düşür.
Həmçinin elektrik enerjisi ilə təmin olunan abunəçilərin sayı 2017-ci illə müqayisədə 59 min 308 vahid artaraq ötən ilin sonuna 2 milyon 613 min 813 vahid, bu il iyulun 1-nə isə 2 milyon 645 min 72 vahid təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026