15:21 - 14.10.2019
14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Naxçıvanbank” 9 ayın maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, bankın hesabatına əsasən, 2019-cu ilin yanvar-sentyabr aylarında “Naxçıvanbank”ın cəmi gəlirləri 8 milyon 339 min manat, cəmi xərcləri isə 3 milyon 577 min manat olub. Nəticədə Bankın 4 milyon 762 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 358 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Bank 9 ay ərzində mənfəət vergisi ödəmədiyindən 4 milyon 404 min manat xalis mənfəət əldə edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27 min manat azdır.
Müəllif: Elmir Murad