12:35 - 8.10.2019
8 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti valyuta hərracı keçirilib.
“Oktyabrın 8-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Daha əvvəlki, oktyabrın 3-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin 1,70 AZN/1 USD təşkil etmişdir.