15:18 - 12.12.2017
12 dekabr, Fineko/abc.az. Dekabr ayının 12-də keçirilən növbəti valyuta hərracından sonra banklararası ticarətdə dollar manat qarşısında bahalaşıb.
ABC.AZ xəbər verir ki, “Bloomberg” terminalında dollar 12:00-da 1.6971 manata düşsə də, yenidən 1.6991 manata qədər, yəni 0,1% yüksəlib.
Qeyd edək ki, bu günkü valyuta hərracında manatın orta çəkili məzənnəsi 1.7000 manatdan 1.7001 manata yüksəlib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026