15:43 - 12.09.2019
12 sentyabr, Fineko/abc.az. Cari ilin 8 ayı ərzində ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 627,2 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri olub.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir
Qeyd olunur ki, ümumi sərmayənin 64,3 %-i məhsul istehsalı sahələrinə, 26 %-i xidmət sahələrinə, 9,7 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 70,7 %-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,9 %, büdcə vəsaitləri 27,7 %, bank kreditləri 7,8 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, büdcədənkənar fondların vəsaitləri 1,6 %, digər vəsaitlər isə 0,3 % olub.
© Azertag.az
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026