12:40 - 12.09.2019
12 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bank növbəti dəfə Pul Siyasəti İcmalının nəticələrini açıqlayıb.
Abc.az xəbər verir ki, Mərkzi Bankın Pul Siyasəti İcmalının Yanvar- İyun ayı üzrə açıqladığı statistikasında 6 ay ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsinin 1.7 manat təşkil etdiyi qeyd olunub.
Belə ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri dəyişkənlik nümayiş etdirsə də rəsmi məzənnəyə yaxın olub.
6 ay ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6976, satış məzənnəsi isə 1.7020 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.1% (0.0024 manat), satış məzənnəsi ilə isə 0.1% (0.002 manat) olub. Sözügedən dövr ərzində manat türk lirəsinə qarşı 9.2%, avroya qarşı 0.8%, gürcü larisinə qarşı 7.3% bahalaşsa da, milli valyuta Ukrayna qrivnasına qarşı 5.1%, Rusiya rubluna qarşı 8.9%, yapon yeninə qarşı 2.7% ucuzlaşıb.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026