12:51 - 5.09.2019
5 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti valyuta hərracı keçirilib.
“Sentyabrın 5-də Azərbaycan Mərkəzi Bankı Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracı nəticəsində ortaçəkili məzənnə 1,70 AZN/1 USD təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.
Daha əvvəlki, sentyabrın 3-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnənin səviyyəsi həmçinin 1,70 AZN/1 USD təşkil etmişdir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026