10:07 - 4.09.2019
4 sentyabr, Fineko/abc.az. Neftin qiymətləri çərşənbə axşamı azalandan sonra çərşənbə günü ticarət gedişatında artır.
Sentyabrın 3-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in noyabr fyuçersi $0,40 (0,68%) ucuzlaşaraq $58,26 təşkil etmişdir. Çərşənbə günü “Brent”in noyabr fyuçers qiyməti saat 9:20-də $0,24 (0,41%) artaraq $58,50 /barelə təşkil edib.
NYMEX birjasında sentyabrın 3-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,16 (2,11%) düşərək $53,94 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti çərşənbə günü saat 9:20-də 0,28 (0,52%) artaraq $54,22 / barelə təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026