10:59 - 30.08.2019
30 avqust, Fineko/abc.az. Brent və WTI nefti cümə günü ucuzlaşır, bununla belə hər iki markanın qiymətləri həftəni artımla bitirir.
Bu həftənin əvvəlindən etibarən Brent 2,7%, WTI isə 4,4% artıb.
Avqustun 29-da keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,59 (0,98%) bahalaşaraq $61,08 təşkil etmişdir. Cümə günü “Brent”in fyuçers qiyməti saat 10:25-də $0,39 (0,64%) enərək $60,69 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 29-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $0,93 (1,67%) artaraq $56,71 təşkil etmişdir. WTI markalı neftin oktyabr fyuçersi qiyməti cümə günü saat 10:25-də 0,58 (1,02%) enərək $56,13 / barelə təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026