Ağsunun iki kəndinə təbii qaz verilib

16:24 - 29.08.2019


29 avqust, Fineko/abc.az. Bu gün Ağsu rayonunun Yenikənd və Gəndəxan kəndlərinə təbii qaz verilib.

Bu barədə “Azəriqaz” İB məlumat verib.

Ümumilikdə 2 kənddə 2389 metr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri çəkilib, 23 ədəd qaz sayğacı quraşdırılıb. Yenikənddə 15, Gəndəxanda isə 8 fərdi yaşayış evi qazlaşdırılıb.

Qeyd edilir ki, yeni abonentlər istənilən vaxt Ağsu Regional qaz istismarı İdarəsinin İsmayıllı xidmət sahəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət edib, yeni ödəmə kartlarını alaraq evlərində təbii qazdan istifadə edə bilərlər.