Qızıl və gümüş cüzi bahalaşıb

10:01 - 27.08.2019


27 avqust, Fineko/abc.az. Dünya birjalarında satılan qızılın və gümüşün qiymətləri açıqlanıb.

Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,50 dollar bahalaşıb və 1 537,70 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,01 dollar artaraq 17,79 dollara satılıb.