10:03 - 26.08.2019
26 avqust, Fineko/abc.az. Azərbaycanın Azeri Light markalı nefti $1,08 (1,71%) düşərək bir barelə $62,04 təşkil edib.
Ticarətin ardıcıl olaraq dörd sessiyası gedişatında neftin etalon markalarının qiyməti enməkdədir.
Avqustun 23-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in oktyabr fyuçersi $0,58 (0,97%) ucuzlaşaraq bir barelə $59, 34 təşkil etmişdir. Bazar ertəsi günü “Brent”in qiyməti saat 9:20-də $0,62 (1,04%) enərək $58,72 /barelə təşkil edib.
NYMEX birjasında avqustun 23-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin oktyabr fyuçersi $1,18 (2,13%) enərək $54,17 təşkil etmişdir. WTI markalı neftin qiyməti bazar ertəsi günü saat 9:20-də $0,66 (1,22%) azalıb və $53,51 / barelə təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026