Son yeddi ayda kredit qoyuluşu 13 milyard 482,6 milyon manat təşkil edib

15:02 - 8.08.2019


8 avqust, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına əsasən iyulun 1-nə ölkədə kredit qoyuluşu 13 milyard 482,6 milyon manat təşkil edib.

Xəbər verilir ki, bu məbləğin 2 milyard 181,8 milyon manatı dövlət banklarının, 10 milyard 964,2 milyon manatı özəl bankların, 336,6 milyon manatı bank olmayan kredit təşkilatlarının payına düşüb.