Ölkədə nağdsız əməliyyatlar genişlənir

15:46 - 7.08.2019


7 avqust, Fineko/abc.az. Şəffaflaşma prosesləri özünü bank sektorundan keçən dövriyyələrin yüksək artım dinamikasında göstərir. Vergi ödəyicilərinin bank hesabları üzrə nağdlaşdırılan vəsaitlərinin məbləğinin azalması, habelə qeyri-dövlət sektorunun müəssisələrinin ƏDV depozit hesabında olan vəsaitlərinin qalığının 2,3 dəfə artması buna əyani sübutdur.

Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd edilir.

Bildirilir ki, özəl sektor müəssisələrinin banklarda Azərbaycan manatı ilə olan cari hesablaşma hesablarında vəsaitlərin qalığı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 49%, cari ilin əvvəlindən isə 20% artıb ki, bu da ölkədə nağdsız əməliyyatların genişlənməsinin və dövriyyələrin şəffaflaşmasının mühüm göstərir.

Cari ilin iyun ayında əvvəlki ilin iyun ayı ilə müqayisədə sahibkar fiziki şəxslərin cari bank hesablarının sayı 20,6%, hüquqi şəxslərin cari bank hesablarının sayı isə 29,3% artıb.