14:56 - 2.08.2019
2 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.
Palata bunu Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydalarının tələbindən irəli gələrək atdığını qeyd edib.
Beləliklə, bu il iyulun 1-nə Azərbaycanda istehlak kreditlərinin faizləri manatda 20-24 faiz, ABŞ dollarında 6-19 faiz, digər xarici valyutalarda isə 10-15 faiz arasında dəyişir.
Cədvəl 1. “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumat
|
İstehlak kreditinin növü |
Sektorun orta faiz dərəcələri (30.06.2019-cu il tarixinə) |
||
|
Milli valyutada |
ABŞ dollarında |
Digər xarici valyutalarda |
|
|
Kredit kartı vasitəsi ilə verilən kreditlər |
23% |
11% |
15% |
|
Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər |
23% |
13% |
- |
|
Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər |
22% |
14% |
- |
|
Avtomobil kreditləri |
20% |
19% |
- |
|
Digər istehlak kreditləri |
24% |
6% |
10% |
14 Avqust 2026
14 Avqust 2026