16:53 - 26.07.2019
26 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
AMB-in məlumatına görə, iyulun 29-da keçiriləcək depozit hərracında bank 100 milyon manat məbləğində vəsaitin cəlb edilməsini planlaşdırır.
“Vəsaitlər 14 gün müddətinə cəlb ediləcək. Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 6,26% - 8,24% təşkil edir”, - AMB-in məlumatında belə deyilir.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.
14 Avqust 2026