16:29 - 26.07.2019
26 iyul, Fineko/abc.az. Cari ilin birinci yarısında ölkənin strateji valyuta ehtiyatları 9,4 % artaraq 49 milyard dollar təşkil edib. Valyuta ehtiyatları bu ilin əvvəlindən 4,2 milyard dollar artıb.
Bu barədə keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Həmçinin o qeyd edib ki, Mərkəzi Bank istifadədə olan yararsız pul nişanlarının dövriyyədən çıxarılmasına dair qaydalar hazırlayıb.
E.Rüstəmov qaydaların hazırda maliyyə qurumları və ekspertlər tərəfindən müzakirə olunduğunu bildirib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026