12:10 - 22.07.2019
22 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 22 iyul tarixində hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 827,9 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Vəsaitlər 14 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026