11:37 - 19.07.2019
19 iyul, Fineko/abc.az. 30 İyun 2019-cu il tarixində “Muğanbank”ın cəmi aktivləri 587 milyon 224 min manat təşkil edib.
Bu barədə məlumat bankın 2019-ci ilin 1-ci yarısı üzrə açıqladığı maliyyə göstəricilərində qeyd olunub.
Bu rəqəm 2018-ci ilin sonu ilə müqayisədə 6,4% çoxdur. Bankın aktivlərinin 361 milyon 493 min manatını müştərilərə verilən kreditlər təşkil edib.
Həmçinin “Muğanbank”-ın müştərilərinin hesablarındakı vəsait də artıb. Belə ki, müştəri hesabları ötən ilin sonu ilə müqayisədə 19 milyon manat artaraq 299 milyon 793 min manata çatıb.
12 Avqust 2026