11:28 - 19.06.2019
19 iyun, Fineko/abc.az. 2019-cu ilin son 5 ayında Azərbaycana idxal edilən avtomobillərin sayı 15 min 585 olub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ölkəyə gətirilən avtomobillərin 70-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 170-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 1274-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 71-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
8 Avqust 2026
8 Avqust 2026