11:13 - 18.06.2019
18 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatında qeyd edilir ki, cari ilin yanvar-may aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı ölkənin ümumi ixracının 78 %-ni, təbii qaz 10,1 %-ni, neft məhsulları isə (2710 mal kodu üzrə) 2,55 %-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni aylarında xam neft ixracının Azərbaycanın ümumi ixracındakı payı 80,34 %, təbii qazın 6,77 %, neft məhsullarının payı 3,63 % olmuşdu.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026