10:15 - 15.05.2019
15 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,43 ABŞ dolları və yaxud 0,58% artaraq 74,67 dollar təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 14-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,74 dollar (1,21%) artaraq bir barelə 61,78 dollar təşkil etmişdir.
“WTI” markalı neftin iyun fyuçersi çərşənbə günü saat 09:20-də 0,42 dollar (0,68%) enərək 61,36 dollar / barelə təşkil etmişdir.
Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 1,01 dollar (1,44%) azalaraq bir barelə 71,24 dollar təşkil etmişdir.
“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri çərşənbə günü saat 09:20-də 0,26 dollar (0,36%) enərək bir barelə 70,98 dollar təşkil etmişdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026