10:17 - 9.04.2019
9 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 1,10 dollar və yaxud 1,53% bahalaşaraq bir barelə 73,04 dollar təşkil edib.
Aprelin 8-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 1,32 dollar (2,09%) artaraq bir barelə 64,4 dollar təşkil etmişdir.
Saat 9:10-da “WTI” markalı neftin may fyuçersi 0,11 dollar (0,17%) artaraq 64,51 dollar / barelə təşkil etmişdir.
Bazar ertəsi Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,76 dollar (1,08%) artaraq bir barelə 71,10 dollar təşkil etmişdir.
“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:10-da 0,08 dollar (0,11%) artaraq bir barelə 71,18 dollar təşkil etmişdir.
8 Avqust 2026
8 Avqust 2026