15:54 - 7.01.2019
7 yanvar, Fineko/abc.az. Azərbaycan “Şahdəniz” qaz kondensat yatağından 100 milyard m3 qaz hasil edib.
“BP Azərbaycan” şirkətinin məlumatına əsasən, bu səviyyə, layihənin başlanması elan edildikdən 12 il sonra - 15 dekabr 2006-cı ildən etibarən əldə olunub.
“2006-cı ildən “Şahdəniz” yatağından 196 milyon barel kondensat hasil edilib”, - məlumatda belə deyilir.
Məlumatda həmçinin deyilir ki, hazırda yataqda qaz və kondensat hasilatı “Alfa” platformasından 10 quyudan və “Bravo” platformasından 6 quyudan aparılır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026