11:44 - 25.08.2026
25 avqust, Fineko/abc.az. Bu axşam saat 20:45-də "Sabah" futbol klubunun UEFA Konfrans Liqası çərçivəsində "Hapoel"ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi cavab oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik olunacaq.
Matç penaltilər seriyasına qədər uzanacağı təqdirdə, metropolitenin iş saatı uzadılaraq stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Təhlükəsizlik və hərəkətin təşkili üzrə tədbirlər:
"Gənclik" stansiyası: Azarkeş axınını nəzərə alaraq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək və növbətçilik əsasında əlavə köməkçi işçi qüvvəsi cəlb olunacaq.
Ehtiyat qatarlar: Zərurət yarandıqda xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Əlavə tədbirlər: "Nərimanov" və "28 May" stansiyalarında da sərnişin sıxlığının idarə olunması üçün müvafiq tədbirlər görüləcək. Gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam edəcək.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026