12:06 - 22.08.2026
22 avqust, Fineko/abc.az. "Volkswagen" qrupunun icraçı direktoru Oliver Blume şirkət daxili müraciətində avtomobil nəhənginin "krtik vəziyyətdə" olduğunu bildirərək genişmiqyaslı ixtisarların və struktur islahatlarının anonsunu verib. Avropa avtomobil sənayesində rəqabətin kəskinləşdiyini vurğulayan Blume, şirkəti xilas etmək üçün təcili addımların atılmasının vacibliyini qeyd edib.
Şirkət rəhbərliyinin planlarına 50 minə yaxın iş yerinin ixtisarı və bəzi bölmələrin ayrılması daxildir. Çin istehsalçılarının Avropa bazarındakı ekspansiyası, Çindəki mənfəətlərin düşməsi və ABŞ-nin tətbiq etdiyi idxal rüsumları "Volkswagen"in gəlirliliyinə ciddi zərbə vurub. Blume qeyd edib ki, şirkətin idarəetmə və əlavə xərcləri rəqiblərdən 30%-dən çox yüksəkdir.
Məlumatlara görə, Almaniyadakı dörd zavodun (Emden, Hannover, Tsvikkau və Nekarsulm) 2030-cu illərdə belə lazımi istehsal gücünə çata bilməyəcəyi proqnozlaşdırılır. Sentyabrın 4-də keçiriləcək Müşahidə Şurasının iclasında konkret zavodların bağlanması və yeni turnaround planı ətrafında həlledici müzakirələr aparılacaq.