10:52 - 18.08.2026
18 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3% çoxdur.
Hesabat dövründə neft məhsullarının istehsalı sahəsində ümumi məhsul buraxılışının dəyəri 3 milyard 463,2 milyon manat təşkil edərək illik müqayisədə 4,9% azalıb. Ötən 7 ayda 1 milyon 360,2 min ton dizel yanacağı (1,9% azalma), 74,2 min ton mazut (31,1% artım), 322,6 min ton ağ neft (20,3% azalma) və 107,2 min ton maye qaz (19,8% azalma) istehsal olunub.
Həmçinin, yanvar-iyul aylarında 140,3 min ton neft koksu (10% artım), 26,3 min ton sürtkü yağları (20,1% artım) və 81,7 min ton neft bitumu (42,2% azalma) istehsal edilib.
18 Avqust 2026
17 Avqust 2026