09:42 - 19.08.2026
19 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan xam neftinin 1 barelinin qiyməti 3,27 ABŞ dolları (3,58%) artaraq 94,58 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Məlumat üçün: "Azeri Light" neftinin tarixi minimal qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026