Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 38,3 milyard manatı ötüb

12:24 - 14.08.2026


14 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq məhsul satılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, satılan malların 20 milyard 843,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatını isə qeyri-ərzaq malları təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb. O cümlədən ərzaq, içki və tütün məmulatlarının satışı 1,4%, qeyri-ərzaq mallarının satışı isə 6,6% çoxalıb.