12:22 - 14.08.2026
14 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində ölkə əhalisinin hər bir nəfəri orta hesabla ayda 533,6 manatlıq məhsul alıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu xərclərin 290 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatını isə qeyri-ərzaq malları təşkil edib.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 50%-i birbaşa ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 12,5%-i geyim və ayaqqabıların, 6,1%-i avtomobil yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,8%-i əczaçılıq məhsullarının, 1,4%-i kompüter və telekommunikasiya avadanlıqlarının, 18,1%-i isə digər qeyri-ərzaq mallarının payına düşüb.
13 Avqust 2026
13 Avqust 2026