Qlobal birjalarda artım dalğası: Texnologiya səhmləri indeksi zirvəyə qaldırdı

09:38 - 13.08.2026


13 avqust, Fineko/abc.az. ABŞ-da inflyasiya göstəricilərinin gözləntilərə uyğun yavaşlaması Federal Ehtiyat Sisteminin (FED) faiz artıracağı ehtimallarını azaldıb və birja indekslərini rekord hədlərə yaxınlaşdırıb. Mikroçip istehsalçılarının səhmlərindəki yüksəliş fonunda "Nasdaq 100" indeksi son bir ayın maksimumuna çatıb.

Asiya bazarlarında da güclü artım müşahid olunub; Cənubi Koreyanın "Kospi" indeksi çip istehsalçıları "Samsung Electronics" və "SK Hynix"in səhmlərinin 5%-dən çox bahalaşması ilə 4,8% yüksəlib.

Bazarın əsas göstəriciləri:

  • Xammal bazarları: Altının bir unsiyasının qiyməti 0,9% artaraq 4 450 dollara yaxınlaşıb. Neft qiymətləri isə altıgünlük artımdan sonra sabitləşib; "Brent" markalı neftin bareli 88 dollardan aşağı düşüb, WTI markalı neft isə 82 dollar civarında qərarlaşıb.

  • Valyuta bazarı: Türkiyə lirəsi dollar qarşısında 47,77 səviyyəsində ticarət olunur.

  • MSCI indeks dəyişiklikləri: MSCI indekslərinin avqust ayı üzrə növbəti baxışının nəticələrinə əsasən, "Astor Enerji" şirkəti "MSCI Global Standard" indeksinə daxil edilib. "Kiçik Həcmli Şirkətlər" (Small Cap) indeksinə "Tera Yatırım", "Tera Finansal", "Rönesans Gayrimenkul", "Borusan", "Kardemir" və "Europower" əlavə olunduğu halda, "Arçelik" və "Katılımevim" indeksdən çıxarılıb. Qərarlar avqustun 31-dən qüvvəyə minəcək.