Azərbaycanda audit xidmətləri bazarının həcmi 152 milyon manat olub

15:56 - 12.08.2026


12 avqust, Fineko/abc.az. 2025-ci ildə Azərbaycandakı auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 152 milyon manat məbləğində 7 815 müqavilə bağlanıb.

Auditorlar Palatasının göstəricilərinə əsasən, 2024-cü illə müqayisədə bağlanan müqavilələrin ümumi məbləği 0,9% azalıb, onların sayı isə 8,6% artıb.

Nəticədə, audit bazarında 1 müqavilənin orta dəyəri əvvəlki illə nisbədə 8,7% azalaraq 19,45 min manat təşkil edib.

Göstəricilərin əsas xüsusiyyətləri:

  • "Böyük dördlük" ("Big 4"): "Deloitte", "PricewaterhouseCoopers", "Ernst & Young" və KPMG şirkətlərinin payı bağlanan müqavilələrin ümumi məbləğində 59,6% (-4,5 faiz bəndi), sayında isə 13,5% (-1,6 faiz bəndi) olub.

  • Yerinə yetirilmiş öhdəliklər: Bağlanmış müqavilələrdən 113,7 milyon manatlıq 6 783 müqavilə icra olunub. İcra edilən müqavilələrin məbləği illik ifadədə 3,6% azalıb, sayı isə 6,8% artıb.

  • İcra edilən müqavilənin orta dəyəri: İcra olunmuş 1 müqavilənin orta dəyəri əvvəlki illə müqayisədə 9,4% azalaraq 16 762 manat olub.