09:15 - 11.08.2026
11 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib. Maliyyə Nazirliyinin məlumatına görə, bu, nəzərdə tutulan proqnozdan 855,9 milyon manat və ya 3,8% çoxdur.
Gəlirlərin mənbələr üzrə bölgüsü:
Dövlət Vergi Xidməti: 11 milyard 474,1 milyon manat (proqnozdan 8% çox);
Dövlət Neft Fondundan (ARDNF) transfert: 7 milyard 490 milyon manat (100% icra);
Dövlət Gömrük Komitəsi: 3 milyard 751,8 milyon manat (99,9% icra);
Sair daxilolmalar: 427,8 milyon manat (proqnozdan 54,4% çox);
Ödənişli xidmətlərdən daxilolmalar: 418,1 milyon manat (74,1% icra);
Əmlak Məsələləri Dövlət Xidməti: 32,9 milyon manat (proqnozdan 21,5% çox).
12 Avqust 2026