14:31 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7 neft hasilatı, 3 su və 2 qaz injektoru quyusu tamamlanaraq təhvil verilib. Bu barədə "bp Azerbaijan" şirkətindən bildirilib.
Hesabat dövrünün əlamətdar hadisəsi “Qərbi Azəri” platformasından qazılan "C44" neft hasilatı quyusunun istismara verilməsi olub. Bu quyu Xəzər dənizində indiyədək qazılmış ilk multilüləli (çoxşaxəli) quyu kimi AÇG layihəsinin tarixinə düşüb. Tam təhlükəsiz şəraitdə qazılan quyu planlaşdırılandan bir ay əvvəl istismara verilib. Multilüləli quyu texnologiyası yetkin yataqdan neft çıxarılmasını maksimuma çatdırmağa və hasilatın uzunmüddətli sabitliyini təmin etməyə imkan verir.
Qeyd edək ki, iyun ayının sonuna olan məlumata görə, AÇG yataqlar blokunda ümumilikdə 150 neft hasilat quyusu, 51 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026