08:30 - 6.08.2026
6 avqust, Fineko/abc.az. ABŞ-nin ən iri neft emalı şirkətlərindən biri olan "Phillips 66" 2026-cı ilin II rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
Yaxın Şərqdəki hərbi münaqişə fonunda qlobal yanacaq təchizatında yaşanan gərginlik və emal marşalarının kəskin yüksəlməsi nəticəsində şirkətin xalis mənfəəti ötən ilin eyni dövründəki 877 milyon dollardan 3,85 milyard dollara yüksəlib.
Hesabat dövründə "Phillips 66"nın emal segmentinin düzəliş edilmiş gəliri 392 milyon dollardan 3,09 milyard dollara çatarkən, bir barrel üzrə reallaşan marşası iki dəfədən çox artaraq 24,08 dollar təşkil edib. Şirkətin düzəliş edilmiş səhm başına mənfəəti 9,41 dollar olub ki, bu da analitiklərin 7,44 dollarlıq gözləntisini kəskin geridə qoyub. Eyni zamanda bərpa olunan yanacaqlar seqmentində ötən ilki 133 milyon dollarlıq zərər əvəzinə 544 milyon dollar mənfəət qeydə alınıb.
Şirkət rüb ərzində net borcunu təxminən 25% azaldaraq 16,5 milyard dollara endirib. "Raymond James" analitikləri qeyd edirlər ki, şirkət 2026-cı ilin sonuna planlaşdırdığı borcun 17 milyard dollardan aşağı salınması hədəfinə nəzərdə tutulandan bir il tez nail olmaq yolundadır.