08:00 - 5.08.2026
4 avqust, Fineko/abc.az. Gürcüstanın Qulevi limanında yerləşən neft emalı zavodu (NQÇX) Rusiya neftinin tədarükünü tam dayandıraraq alternativalara yönəlib.
Zavodun operatoru “Black Sea Petroleum” (BSP) şirkətinin verdiyi məlumata görə, müəssisə artıq iyul ayında Qazaxıstandan ilk neft partiyasını qəbul edərək emal edib. Qazaxıstan neftinin idxalı avqust ayında da davam edəcək.
Bundan əlavə, zavod Liviyadan da xammal almağa başlayacaq. Beynəlxalq treyderlə bağlanmış müqaviləyə əsasən, Liviya neftinin ilk partiyasının avqustun 20-dən 30-dək olan müddətdə müəssisəyə çatdırılması gözlənilir.
Qulevi NQÇX Avropa İttifaqının sanksiya tələblərinə əməl etmək məqsədilə Rusiya xammalından tamamilə imtina etmək qərarına gəlib. Avropa Komissiyası Aİ-nin 21-ci sanksiya paketi çərçivəsində zavoda Rusiya neftindən imtina etmək üçün 2027-ci il yanvarın 25-dək vaxt verib. Müəssisə bu müddətədək xammal mənbələrini şaxələndirməzsə, Aİ-nin məhdudiyyətləri ilə üzləşəcək.
8 Avqust 2026
8 Avqust 2026