15:56 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Qlobal bazarlarda neft qiymətləri ABŞ və İran arasında münaqişənin eskalasiyası riski fonunda yenidən yüksəlib. "Brent" markalı neftin bir bareli 1,12 dollar artaraq 84,89 dollara, "WTI" nefti isə 1% bahalaşaraq 81,11 dollara çatıb.
Bir gün əvvəl kotirovkalar ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni zərbələri təxirə salmağa hazır olması barədə bəyanatından sonra 7% düşmüşdü. Lakin Tehran bu məlumatı təkzib edib — İran XİN nümayəndəsi ABŞ ilə heç bir danışıqların aparılmadığını bildirib. "ING" analitikləri qiymətlərin kəskin düşməsini əsassız hesab edirlər: gərginliyin artması riski yüksək olaraq qalır və Hörmüz boğazı ətrafındakı mübahisə hələ də həllini tapmayıb.
Vaşinqton hazırda üç ssenarini nəzərdən keçirir — hərbi təzyiqi artırmaq, sanksiyaları sərtləşdirmək və ya münaqişədən çıxmaq. ABŞ hərbi əməliyyatlardan imtina edəcəyi təqdirdə İranın nüvə proqramını bərpa edə biləcəyi vurğulanır.