Azərbaycan neftinin qiyməti 5%-dən çox ucuzlaşıb

10:05 - 5.08.2026


5 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində kəskin eniş qeydə alınıb.

"Azeri Light" markalı neftin 1 barelinin qiyməti 5,05 ABŞ dolları və ya 5,22% azalaraq 91,68 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin minimum qiyməti 2020-ci ilin 21 aprelində (15,81 dollar/barel), maksimum qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar/barel) qeydə alınıb.