09:55 - 5.08.2026
5 avqust, Fineko/abc.az. Əvvəlki iki ticarət sessiyasında yaşanan kəskin enişdən sonra neftin qiyməti çərşənbə günü nisbətən sabitləşib. İnvestorlar ABŞ və İran arasında hərbi gərginliyi azaltmağa və Hürmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etməyə yönəlmiş diplomatik səylərin nəticələrini diqqətlə izləyirlər.
"Brent" markalı neftin fyuçersləri 0,3% artaraq bir barel üçün 79,62 dollara, ABŞ-nin WTI markalı xam nefti isə 0,2% yüksələrək 75,90 dollara çatıb. Qətərin vasitəçilik səylərində irəliləyiş olduğunu bildirməsindən sonra "Brent" nefti çərşənbə axşamı 5%-dən çox ucuzlaşaraq bareli 80 dollardan aşağı düşmüşdü.
Eyni zamanda, Amerika Neft İnstitutunun (API) hesabatına əsasən, ötən həftə ABŞ-də xam neft ehtiyatları 2,7 milyon barel artıb. Bazarlar ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi ehtiyat göstəricilərini gözləyir.
8 Avqust 2026
8 Avqust 2026