İlin ən çox varlanan milyarderləri məlum olub: Siyahıya Maykl Dell başçılıq edir

21:54 - 3.08.2026


3 avqust, Fineko/abc.az. Qlobal bazarlardakı geostrateji dəyişikliklərə və iqtisadi dalğalanmalara baxmayaraq, dünyanın bir sıra nəhəng iş adamları kapitalını əhəmiyyətli dərəcədə artırıb.

"Bloomberg"in son məlumatlarına əsasən, ilin başlanğıcından bəri sərvətini ən çox artıran milyarderlərin siyahısı açıqlanıb.

Siyahının ilk pilləsində 77,2 milyard dollar artımla "Dell Technologies"in təsisçisi Maykl Dell  qərarlaşıb. Onun ümumi varidatı 217,2 milyard dollara çatıb. İkinci yerdə kapitalını 64,2 milyard dollar artıran İlon Mask , üçüncü yerdə isə sərvətinə 45,7 milyard dollar əlavə edən "Bitfinex" və "Tether"in təsisçisi Cankarlo Devasini  yer alıb.

İl ərzində varidatını ən çox artıran 15 milyarder (Top-15):

  1. Maykl Dell (Dell Technologies): +$77,2 mlrd (Ümumi: $217,2 mlrd)

  2. İlon Mask (Tesla / SpaceX): +$64,2 mlrd (Ümumi: $683,6 mlrd)

  3. Cankarlo Devasini (Tether / Bitfinex): +$45,7 mlrd (Ümumi: $58,9 mlrd)

  4. Ceff Bezos (Amazon): +$36,7 mlrd (Ümumi: $290 mlrd)

  5. Larri Peyc (Google): +$35,8 mlrd (Ümumi: $304,8 mlrd)

  6. Sergey Brin (Google): +$33,2 mlrd (Ümumi: $283,3 mlrd)

  7. Ceffri Stiven Yass (Susquehanna): +$28,8 mlrd (Ümumi: $92,1 mlrd)

  8. Çjan İmin (ByteDance / TikTok): +$27,7 mlrd (Ümumi: $92,8 mlrd)

  9. Gautam Adani (Adani Group): +$27,6 mlrd (Ümumi: $112 mlrd)

  10. Tomas Peterffi (Interactive Brokers): +$26,8 mlrd (Ümumi: $103,9 mlrd)

  11. Lyan Venfen (DeepSeek): +$21,8 mlrd (Ümumi: $37,9 mlrd)

  12. Devid San (Kingston Technology): +$20,9 mlrd (Ümumi: $52 mlrd)

  13. Con Tu (Kingston Technology): +$20,9 mlrd (Ümumi: $52 mlrd)

  14. Çanpen Çjao (Binance): +$17,5 mlrd (Ümumi: $67,2 mlrd)

  15. Karlos Slim (America Movil): +$17,4 mlrd (Ümumi: $128,6 mlrd)