17:30 - 4.08.2026
4 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında Azərbaycanda 2 milyon 259,94 min ton qaz kondensatı hasil edilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, qaz kondensatı hasilatının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azalıb. Hesabat dövründə istehsal olunan qaz kondensatının 2 milyon 253,07 min tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik ifadədə 9,2%-lik azalma deməkdir.
Xatırladaq ki, 2025-ci ildə ölkədə ümumilikdə 4 milyon 911,88 min ton (-7,1%) qaz kondensatı hasil olunub ki, bunun da 4 milyon 903,5 min tonu (-7,12%) əmtəəlik məhsul təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026